"Sülhməramlılar öz postlarına baxsınlar, sərhədlərimizi özümüz qoruyarıq" - Tofiq Zülfüqarov
Azərbaycanın keçmiş XİN başçısı Qarabağa gedən yollara nəzarətdən danışıb
"Sülhməramlıların işi Qarabağdakı dinc sakinlərin təhlükəsizliyini təmin etməkdir. Axı onlara dəyən yoxdur! Onlara atəş açılmır. Sülhməramlılara demək lazımdır ki, öz postlarındakı situasiyaya nəzarət etsinlər, sərhədlərimizi özümüz qoruyarıq.
Bundan sonra yoxlayın, diplomatik qalmaqal və təsadüfi qaçaqmalla rastlaşmayacağıq. Əgər Laçındakı bütün sərhədləri nəzarətə götürsək, İran Xankəndinə heç nə keçirə bilməyəcək”.
Qazet.az xəbər verir ki, bu sözləri Bizim.Media-ya özəl açıqlamasında Azərbaycanın eks xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov səsləndirdi.
Politoloqun fikrinin yekunu belədir:
“Sülhməramlıların missiyası məsuliyyət zonalarında təhlükəsizliyə nəzarət etməkdir. Sərhədləri qorumaq isə Azərbaycan sərhədçilərinin işidir”.