Sülhməramlılar Qarabağ ermənilərinə yardım apardı - VİDEO
Gündəm
15:11 21 dek, 2021
Yardımın həcmi 3 tona yaxındır

Rusiya sülhməramlı kontingentinin hərbçiləri Qarabağda atəşkəs və hərbi əməliyyatlar üzrə əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət edir.
Qazet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə nazirliyinin mətbuat xidməti xəbər verir.
"Son bir ay ərzində heç bir qanun pozuntusu qeydə alınmayıb, ayrı-ayrı insidentlər üçtərəfli birgə səylərlə yerindəcə həll edilib" - deyə məlumatda bildirilib.
Həmçinin sülhməramlı kontingentin hərbi həkimləri 1000-dən çox erməniyə tibbi yardım göstərib, onlara humanitar yardımlar aparıb.
Bildirilib ki, yardımın həcmi 3 tona yaxındır.