Bakı 25˚C Windy

Sülhməramlıların daha 3 maşını aksiya ərazisindən keçib

Gündəm 01:47 11 yan, 2023
Sülhməramlıların daha 3 maşını aksiya ərazisindən keçib

Rusiya sülhməramlılarına məxsus avtomobillər həmişəki kimi, bu gün də Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil olunan aksiya ərazisindən sərbəst keçirlər.

Qazet.az xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus daha üç avtomobilin Laçından Xankəndi istiqamətinə doğru hərəkətinə şərait yaradılıb.

Bu bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin olunur. Heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.