Sülhü qorumaq üçün pul lazımdır - NATO rəhbəri
Gündəm
22:22 09 yan, 2023
NATO-nun baş katibi Yens Stoltenberq “Leopard” və “Abrams” tanklarının Ukraynaya çatdırılmasının mümkünlüyünü istisna etmədiyini bildirib.
Qazet.az xəbər verir ki, bu barədə o, İsveçin "Svenska Dagbladet" nəşrinə müsahibəsində danışıb.
“Xeyr, mən bunu istisna etmirəm. Ancaq mən heç nə vəd edə bilmərəm", - deyə Baş katib tanklarla bağlı suala cavabında qeyd edib.
O vurğulayıb ki, NATO Ukraynanın müstəqilliyini qoruyub saxlaması üçün ona silah tədarükünü davam etdirməlidir.
"Mən başa düşürəm ki, hökumətlərə bunun üçün pul tapmaq çətin ola bilər, təəssüf ki, biz təhlükəli bir dünyada yaşayırıq və sülhü qorumalıyıq. Bunun üçün pul lazımdır”, - alyansın baş katibi bildirib.