Bakı 9˚C Partly sunny

Sumqayıt avtovağzalından Bakıya avtobuslar niyə işləmir? - VİDEO

Cəmiyyət 18:26 24 iyn, 2022

Sərnişinlər avtovağzala daxil olmur, ona görə də xəttə avtobus buraxılmır

Sumqayıt avtovağzalından Bakıya avtobuslar niyə işləmir? - VİDEO

Sumqayıt avtovağzalında uzun müddətdir ki, Bakıdan Sumqayıta və əks istiqamətə gedən avtobuslar tapılmır. Sərnişinlər bildirirlər ki, avtovağzalda nəqliyyat vasitəsi olmadığından digər ərazilərdən gedən avtobuslara üz tuturlar.

Bəzi sərnişinlər isə məsafə baxımından sərf etmədiyindən avtovağzaldan istifadə etmirlər.

Qazet.az Xəzər TV-yə istinadən xəbər verir ki, Sumqayıt avtovağzalının nümayəndəsi Habil Məmmədovun sözlərinə görə, avtovağzaldan bölgələrə sərnişindaşıma həyata keçirilir.

Habil Məmmədov qeyd edib ki, sərnişinlər avtovağzala daxil olmur, ona görə də xəttə avtobus buraxılmır.