Bakı 2˚C Cloudy

Sumqayıt Kimya Sənaye Parkının rezidentinin direktoru dəyişdirilib

Gündəm 13:35 10 noy, 2021

Səhmdar cəmiyyətinə rəhbərlik Emil Həsənova həvalə olunub

Sumqayıt Kimya Sənaye Parkının rezidentinin direktoru dəyişdirilib

İqtisadiyyat Nazirliyinə məxsus Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azerfloat” QSC-nin İdarə Heyətinin sədri İbrahim Həsənov vəzifəsindən azad edilib.

Qazet.az xəbər verir ki, məlumata görə, səhmdar cəmiyyətinə rəhbərlik Emil Həsənova həvalə olunub.

Xatırladaq ki, "Azerfloat” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 4 min manatdır. Şirkət Sumqayıtda Almaniyanın "HORN Glass İndustries" şirkətinin texnologiyası əsasında müxtəlif çeşiddə şüşə lövhələr istehsal edilir.