Bakı 13˚C Sunny

"Sumqayıt" Türkiyəyə yollanıb

İdman 09:35 05 yan, 2023
"Sumqayıt" Türkiyəyə yollanıb

"Sumqayıt" 2022/23 mövsümünün ikinci yarısının hazırlığı üçün Türkiyəyə yollanıb.

Qazet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Antalyada qış təlim-məşq toplanışı keçirəcək "gənclik şəhəri" təmsilçisi yanvarın 18-dək qonşu ölkədə olacaq.

Komanda hazırlıq prosesində iki yoxlama matçı keçirməyi planlaşdırır.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısı yanvarın 24-də start götürəcək. “Sumqayıt” yanvarın 25-də "Zirə"nin qonağı olacaq.