Bakı 2˚C Mostly cloudy

Sumqayıtda dava düşdü: Qardaşlar bıçaqlandı

Hadisə 13:57 06 yan, 2022

Faktla bağlı Sumqayıt Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanılıb

Sumqayıtda dava düşdü: Qardaşlar bıçaqlandı

Sumqayıtda dava düşüb, qardaşlar bıçaqlanıb.

Qazet.az Report-a istinadən xəbər verir ki, hadisə yanvarın 4-də qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Yadigar İsgəndərov aralarında yaranan mübahisə zamanı 1987-ci il təvəllüdlü Tural Əliyevə və onun qardaşı 1985-ci il təvəllüdlü Xəyal Əliyevə bıçaqla xəsarət yetirib.

Faktla bağlı Sumqayıt Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.