Sumqayıtda gözəllik salonlarından oğurluq edən şəxs tutuldu
Gündəm
18:13 22 dek, 2021
Oğurluqla məşğul olan şəxs tutulub

Sumqayıtda oğurluqla məşğul olan şəxs tutulub.
Qazet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş Z.Milanovun ətrafında aparılan tədbirlərlə onun bir gözəllik salonundan pul, digər gözəllik salonundan saçkəsən aparat, bir mağazadan 533 manat dəyərində geyim əşyaları, digər bir mağazadan isə 250 manat pul, tütün məmulatı və ərzaq məhsulları oğurlaması da müəyyən edilib.
Araşdırmalar davam etdirilir.