Bakı 16˚C Partly sunny

Sumqayıtda ikimərtəbəli ev yanıb

Hadisə 21:22 27 noy, 2022
Sumqayıtda ikimərtəbəli ev yanıb

Sumqayıt şəhərində ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli evin 1-ci mərtəbəsinin mətbəxində 4 m² sahədə mebel, soyuducu, qaz sobası və aspirator yanıb.

Qazet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 20 m² sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.