Bakı 26˚C Intermittent clouds

Sumqayıtdan Bakıya yeni yol çəkilə bilər

Cəmiyyət 17:44 22 sen, 2021

Sumqayıtdan Bakıya girişdə olan tıxacın aradan qaldırması məqsədilə

Sumqayıtdan Bakıya yeni yol çəkilə bilər

Sumqayıt istiqamətindən Bakıya giriş üçün alternativ yol çəkilə bilər.

Qazet.az Trend-ə istinadən xəbər verir ki, Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, Sumqayıtdan Bakı şəhərinə girişdə tıxacların aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilir:

“Tədbirlər planı çərçivəsində Bakı şəhərinə alternativ yolun çəkilməsi planı da var. Bunun üçün Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin yaxınlığından Bakı şəhərinin Şərifzadə küçəsinə, oradan isə “20 yanvar” istiqamətinə yol çəkilməsi təklif olunub. Bu təklif qəbul olunarsa, həmin ərazidən tunel inşası nəzərdə tutulur”.

A. Nəcəfli bildirib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bununla bağlı təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim edib. Hələlik təkliflər təsdiqlənməyib.