Bakı 13˚C Sunny

"Sumqayıt"dan legioner transferi

İdman 11:43 12 yan, 2023
"Sumqayıt"dan legioner transferi

“Sumqayıt” qış fasiləsində braziliyalı futbolçu transfer edib.

Klubdan Qazet.az-a verilən məlumata görə, Ukraynanın “Kolos” klubunun vingeri Dieqo Karioka “gənclik şəhəri” təmsilçisi ilə anlaşıb.

25 yaşlı oyunçu Premyer Liqa təmsilçisinin qış fasiləsində ilk transferi olub. Karioka müqavilə müddətinin uzadılması şərti ilə mövsümün sonuna qədər icarəyə götürülüb.

Qeyd edək ki, Dieqo Karioka, eyni zamanda, “Sumqayıt” tarixinin ilk braziliyalı futbolçusu olub. O, karyerası ərzində “Şaxtyor” (Soliqorsk, Belarus), “Vitebsk” (Belarus), “Yagelloniya” (Polşa), “Zalagerseq” (Macarıstan) və “Kolos”da (Ukrayna) çıxış edib.