Bakı 15˚C Intermittent clouds

"Sumqayıt"ın rəqibi dəyişdi

İdman 15:10 11 yan, 2023
"Sumqayıt"ın rəqibi dəyişdi

Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” komandasının yoxlama görüşündəki rəqibi dəyişib.

“Gənclik şəhəri” təmsilçisindən Qazet.az-a verilən məlumata görə, ilk oyundakı rəqiblə bağlı planda dəyişiklik olub.

Samir Abasovun yetirmələri öncədən nəzərdə tutulduğu kimi, Macarıstan təmsilçisi “Mezököveşt”lə deyil, Serbiyanın “Radnik” klubu ilə üz-üzə gələcək. Yanvarın 12-də “Topkapı” hotelinin meydançasında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, “Sumqayıt” Antalyada ikinci yoxlama görüşünü yanvarın 17-də Rusiya klubu “Krılya Sovetov”la keçirəcək.