"Super Ay" hadisəsinin bürclərə təsiri - AÇIQLAMA
Astroloq Qazet.az-ın suallarını cavablandırdı
İyul ayının 13-də “Super Ay” müşahidə olundu. Bu, 2022-ci ilin 2-ci Super Ayıdır.
“Super Ay” hadisəsinin bürclərə hansı təsirləri ola bilər? sualına Astroloq Cərullah Mustafaoğlu Qazet.az-a açıqlamasında bildirib.
“Super Ay” hadisəsi oğlaq bürcündə baş verib. Və bu bürcün Saturn tərəfindən idarə olunması məsuliyyətləri, uğurları, məqsədləri, vəzifələri və sosial vəziyyəti xüsusi vurğulanacaq. Yeni sifarişlər, gələcək planlar və qaydalar 13 iyulda Oğlaq bürcündə tam aydan sonra daha 15 gün öz təsirini göstərəcək.
Yerə ən yaxın peyk Aydır. “Super Ay” hadisəsinin də həm Yerə həm də bürclərə çox güclü təsiri var. Ay bədirlənəndə insanların çoxu, xüsusən də xərçəng bürcündən olan adamlar əsəbi və nevroz olacaqlar. Hətta bu bürcdən olanlar daha çox cinayət törədəcəklər. Su ünsürlərindən olan bürclərin əhvalı yaxşı olacaq.
Əlbəttə ki, insanları planetlər idarə edir. Planetin təsirindən hansı ayda doğulursansa, o insan birbaşa ana bətnindən çıxan gündən, ilk nəfəsindən planetlər ona təsir edir.
Fotoqraf: Elnur Sərdarov