Suraxanıda 33 yaşlı kişi dərmandan zəhərlənib
Hadisə
12:43 25 dek, 2022

Bakının Suraxanı rayonunda 33 yaşlı kişi dərmandan zəhərlənib.
Qazet.az xəbər verir ki, hadisə Hövsan qəsəbəsinin Oqtay Şabanov küçəsində qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Rövşən Əlihüseynov çoxsaylı dərman həbləri içərək zəhərlənib.
O, 1 saylı Kliniki Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağırdır.
İlkin ehtimala görə, 33 yaşlı kişi intihara cəhd edib.