Suraxanıda kişi özünü doğradı
Hadisə
11:37 31 dek, 2021
İntihara cəhd edən şəxs yaxınları tərəfindən xəstəxanaya çatdırılıb
Bakının Suraxanı rayonunda intihara cəhd hadisəsi baş verib.
Qazet.az APA-ya istinadən xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb. 1968-ci il təvəllüdlü Haqverdiyev Canpolad Bəşir oğlu yaşadığı evdə bıçaqla özünə xəsarət yetirib.
İntihara cəhd edən şəxs yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.