Suriya hərbçiləri snayper atəşi ilə öldürüldü
Gündəm
09:11 23 noy, 2021
Hücum nəticəsində daha 1 hərbçi də yaralanıb.

Suriyanın İdlib bölgəsində Nüsrə Cəbhəsi qruplaşmasının silahlıları tərəfindən Suriya ordusunun 4 hərbçisi öldürülüb.
Qazet.az xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Tərəfləri Barışdırma Mərkəzinin rəhbəri Vadim Kulit deyib.
Onun sözlərinə görə, hərbçilər Kafer-Nebel, Kafer-Nuran və Kafer-Xani məntəqələri istiqamətində açılan snayper atəşi ilə vurulub.
Hücum nəticəsində daha 1 hərbçi də yaralanıb.