Suriyada 15 müəllim oğurlandı
Gündəm
10:25 27 sen, 2021
Qeyd edək ki, daha əvvəl şəhərdə dövlət məktəblərinin bağlanmasına etiraz olaraq aksiya keçirilmişdi.

Suriyada “Suriya Demokratik Qüvvələri” (SDQ) kürd-ərəb birləşmələrinin döyüşçüləri Əl-Haseke əyalətində 15 müəllimi qaçırıb.
“Qazet.az” xəbər verir ki, bu barədə “SANA” agentiliyi məlumat yayıb. Bildirilir ki, silahlılar Kamışlı şəhərinin bir neçə yaşayış massivinə basqın edərək 15 məktəb müəllimini şəhərdə tətbiq olunan komendant saatı pozduqları bəhanəsi ilə naməlum istiqamətə aparıblar.
Qeyd edək ki, daha əvvəl şəhərdə dövlət məktəblərinin bağlanmasına etiraz olaraq aksiya keçirilmişdi.