Bakı 24˚C Mostly sunny

Suriyada koalisiyanın hərbi bazası raket atəşinə tutulub

Gündəm 11:33 21 okt, 2021

İtkilər və maddi ziyan barədə ətraflı məlumat verilməyib

Suriyada koalisiyanın hərbi bazası raket atəşinə tutulub

ABŞ-ın və qərbyönlü koalisiyanın Suriyanın cənubundakı Ət-Tanfe rayonunda yerləşən hərbi bazası raket atəşinə tutulub.

Qazet.az xəbər verir ki, bu barədə şahidlərə istinadən “Al Mayadeen” telekanalı məlumat yayıb.

Belə ki, bazanın Suriya, İraq və İordaniya sərhədlərinin qovşağında yerləşdiyi ərazidə bir neçə partlayış səsi eşidilib. Hərbi qulluqçular arasında itkilər və maddi ziyan barədə ətraflı məlumat verilməyib.

ABŞ hərbi komandanlığının Bağdaddakı nümayəndəsi Ət-Tanfedəki bazaya raket atılması faktını təsdiqləyib. Qeyd olunub ki, zərbələr pilotsuz uçuş aparatları tərəfindən həyata keçirilib.