Bakı 20˚C Sunny

Suriyada türk əməliyyat polisinə hücum olub, ölən və yaralananlar var

Gündəm 04:13 11 okt, 2021

Hücum zamanı 1 xüsusi təyinatlı türk polis həlak olub, daha 3 nəfər yaralanıb. 

Suriyada türk əməliyyat polisinə hücum olub, ölən və yaralananlar var

Suriyanın Azez bölgəsində PKK/PYD terrorçuları Türkiyə hərbi polisinə hücum edib.

Qazet.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə “Fərat qalxanı” əməliyyat zonasında baş verib. Hücum zamanı 1 xüsusi təyinatlı türk polis həlak olub, daha 3 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır.