Suriyalı deputat Türkiyədəki məşğuliyyəti ilə gündəm oldu
Maraqlı
20:58 23 okt, 2021
Türkiyəyə sığınan Yəhya Bitar açıqlamaları ilə mətbuatda gündəm yaradıb
2012-ci ildə Suriyada vətəndaş müharibəsindən qaçaraq ailəsi ilə birlikdə Türkiyəyə sığınan Yəhya Bitar açıqlamaları ilə mətbuatda gündəm yaradıb.
Qazet.az xəbər verir ki, Hatayda məskunlaşan Yəhya deputat olduğunu açıqlayıb. O, 2012-ci ildən bəri həyatının çox dəyişdiyini, hətta "etməzəm" dediyi işləri gördüyünü bildirib.
Hazırda kənd təsərrüfatı ilə məşğul olan keçmiş millət vəkili durumundan razı olduğunu ifadə edib.