Bakı 13˚C Windy

Suriyanın şimalında 18 terrorçu yaxalandı

Xəbərlər 17:26 04 dek, 2022
Suriyanın şimalında 18 terrorçu yaxalandı

Türkiyə Daxili İşlər Nazirliyi Suriyanın Cerablus və Bab bölgələrində keçirilən əməliyyatları zamanı İŞİD terror təşkilatının “maliyyə əmiri” də daxil olmaqla, 18 terrorçunun ələ keçirildiyini bildirib.

Nazirliyinin açıqlamasına görə, kəşfiyyat fəaliyyətləri Qaziantep Rayon Jandarma Komandanlığının koordinasiyası ilə həyata keçirilib.

Terroçulardan 13-nün İŞİD, digərlərinin isə PKK/KCK/PYD/YPG terror təşkilatı üzvləri olduğu vurğulanıb.

Şübhəlilərin evlərində aparılan axtarışlar zamanı partlamağa hazır 10 kiloqram əl istehsalı bomba komplekti, 4 bomba elektron lövhəsi, Kalaşnikov avtomatı, tapança və 253 patron ələ keçirilib.

 

Mənbə: Anadolu