Suriyanın şimalında 3 terrorçu zərərsizləşdirilib
Cəmiyyət
14:10 18 dek, 2022
Türkiyənin Milli Müdafiə Nazirliyi Suriyanın şimalında 3 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini bildirib.
Qazet.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Nazirlikdən verilən açıqlamada bunlar qeyd olunub: "Hücuma cəhd edən terrorçuları elə səngərlərdə məhv etməyə davam edirik. Türk Silahlı Qüvvələrimiz Suriyanın şimalında aşkarladıqları 3 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Mübarizəmiz qətiyyətlə davam edəcək".