Bakı 18˚C Hazy sunshine

Suriyanın şimalında 9 İŞİD-çi həbs edildi

Gündəm 22:58 23 okt, 2022
Suriyanın şimalında 9 İŞİD-çi həbs edildi

Suriyanın şimalındakı Əl-Bab rayonunda İŞİD-ə qarşı keçirilən əməliyyatlar zamanı bir gün əvvəl 4-ü cinayətkar təşkilatın lideri olmaqla 9 terrorçu saxlanılıb.

Qazet.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata əsasən, əməliyyat Türkiyənin Qaziantep vilayətinin jandarmeriya qüvvələri ilə koordinasiyalı şəkildə həyata keçirilib.

Bildirilib ki, terrorçular yaxın zamanlarda Əl-Bab və Türkiyəyə hücumlar etməyə hazırlaşıb.

Saxlanılanlar arasında Əbu Musxab kod adlı xüsusi təhlükəli İŞİD terrorçusunun "köməkçisi", cinayətkar təşkilatın maddi-texniki əməliyyatlarına cavabdeh olan iki silahlı və maliyyə əməliyyatlarına cavabdeh olan bir nəfər də var.

Terrorçular yerli məhkəmə tərəfindən həbs edilib.

Onların ünvanlarına baxış zamanı külli miqdarda rəqəmsal material aşkar edilib.