Suriyanın şimalında İŞİD-in 9 silahlısı ələ keçirilib
Xəbərlər
15:12 23 okt, 2022
Suriyanın şimalındakı Əl-Bab bölgəsində İŞİD-ə qarşı keçirilən əməliyyatlar zamanı 4-ü təşkilatın lideri olmaqla 9 terrorçu ələ keçirilib.
Qazet.az xəbər verir ki, bu barədə “Anadolu” Türkiyə Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Əməliyyat Türkiyənin Qaziantep vilayətinin jandarm qüvvələri ilə koordinasiyalı şəkildə həyata keçirilib.
Kəşfiyyat terrorçuların yaxın gələcəkdə Əl-Bab və Türkiyəyə hücumlar hazırladığını öyrənə bilib.
Saxlanılanlar arasında "Əbu Musxab" kod adlı xüsusi təhlükəli İŞİD terrorçusunun köməkçisi də var.
Terrorçular yerli məhkəmənin qərarı ilə həbs edilib.