Bakı 21˚C Mostly cloudy

Sürücülərə PİS XƏBƏR: Avtomobillərin mühərrik yağları kəskin bahalaşdı - VİDEO

Gündəm 11:16 23 may, 2022

Bahalaşma bir neçə aydır ki, müşahidə edilir

Sürücülərə PİS XƏBƏR: Avtomobillərin mühərrik yağları kəskin bahalaşdı - VİDEO

Avtomobillərin mühərrik yağlarının qiymətində nəzərəçarpacaq dərəcədə artım müşahidə edilir.

Qazet.az-ın məlumatına görə, əvvəllər 45-50 manata satılan avtomobillərin mühərrik yağları indi 60-65 manata təkilif olunur.

Sürücülərin sözlərinə görə, bahalaşma bir neçə aydır ki, müşahidə edilir.

Sahibkarlar isə deyirlər ki, qiymət artımı əsasən Avropadan gətirilən yağlarda qeydə alınır.

Yağ satışı ilə məşğul olan Nicat Sultanlı hesab edir ki, qiymətə təsir edən amillər arasında daşıma xərcləri də yer alır.

Sahibkar Əfqan Əsədov hesab edir ki, dünyada neft və neft məhsullarının qiymətində artım müşahidə edilərsə, bahalaşma davam edəcək.