Sürücülərin NƏZƏRİNƏ: Bakıda körpüdə yol iki gün bağlı olacaq
Cəmiyyət
14:32 18 noy, 2021
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb
Bakının Yasamal rayonunda bəzi yollar bağlanacaq.
Qazet.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, rayonun Əbdülvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsünün temperatur şovlarının yenilənməsi ilə əlaqədar noyabrın 20-21-də körpü üzərində “Qələbə” dairəsi istiqamətində hərəkət məhdudlaşdırılacaq.
Məlumata görə, sürücülər alternativ olaraq Ə.Salamzadə küçəsinin sağ kənar yolundan istifadə edə bilərlər.