“Survivor-2022”nin qalibi bəlli oldu - FOTO
Maraqlı
11:28 01 iyl, 2022
Altı aylıq marafonun sonunda Adem və Nisə canlı yayımda SMS səsverməsinə çıxıblar

"Tv 8” ekranlarında yayımlanan “Survivor-2022” yarışmasının qalibi bəlli olub.
Qazet.az “Haber Qlobal”a istinadən xəbər verir ki, böyük maraqla izlənilən “Survivor All Star” yarışması sona çatıb.
Rəqiblərini bir-bir mübarizədən kənarlaşdıraraq altı aylıq marafonun sonunda Adem və Nisa canlı yayımda SMS səsverməsinə çıxıb. Səsvermə nəticəsində Nisa çempionluq kubokunu başı üzərinə qaldırıb.
Qeyd edək ki, Nisa Bölükbaşı 2 iyul 1998-ci ildə Praqada anadan olub. Cəmi 3 aylıq olanda əvvəlcə anası ilə, sonra isə tək üzməyə başlayıb. O, 6 yaşında Çexiyanın ən yaxşı komandası üçün üzməyə başlayıb və elə həmin il onu peşəkar şəkildə xizək sürməyə dəvət ediblər.
