Şuşa, Ağdam və Cəbrayılda tikilən məktəblər istifadəyə veriləcək
Gündəm
10:27 27 sen, 2022

"Yaxın vaxtlarda Şuşada, Ağdamda, Cəbrayılda tikilən məktəblər istifadəyə veriləcək".
Qazet.az xəbərinə görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda azad edilən ərazilərdə yeni məktəblərin tikintisi davam edir.