Bakı 6˚C Showers

"Şuşa, Ağdam və Füzulidə məktəb tikintisi 2023-cü ildə bitəcək" - Nazir

Gündəm 15:42 25 noy, 2022
"Şuşa, Ağdam və Füzulidə məktəb tikintisi 2023-cü ildə bitəcək" - Nazir

"Şuşa, Ağdam və Füzulidə məktəb tikintisi 2023-cü ilin sentyabrında bitəcək".

Qazet.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, artıq Suqovuşanda məktəb hazırdır: "Ağalıda tədris var. Zəngilan, Kəlbəcər və Cəbrayılda məktəb tikintisinin ilkin işlərinə başlanılıb. Aidiyyəti qurumlarla digər regionlarda onlarla kəndin məktəblərinin layihələndirilmə işlərinə başlanılıb".