Şuşa ilə Türkiyənin Kayseri şəhəri qardaşlaşıb
Gündəm
14:49 14 okt, 2022
Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Kayseri şəhərinin qardaşlaşması barədə protokol imzalanıb.
Bu barədə Qazet.az-a Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən məlumat verilib.
Bildirilib ki, sənədi Kayseridə səfərdə olan Qoruq İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov və Kayseri Böyükşəhər Bələdiyyə başçısı Memduh Büyükkılıç imzalayıblar. Tərəflər arasında birgə proqram, layihələr, qarşılıqlı səfərlərin təşkili, habelə təcrübə və məlumat mübadiləsi, incəsənət, mədəniyyət, turizm, elm, ticarət və informasiya texnologiyaları sahələrində əməkdaşlıq nəzərdə tutulub.
Şəhər təmsilçiləri, həmçinin qarşılıqlı əlaqələri daha da inkişaf etdirmək üçün YUNESKO-nun “Yaradıcı Şəhərlər Şəbəkəsi” proqramı çərçivəsində əməkdaşlıq edəcəklər.