Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
Gündəm
16:11 14 noy, 2021
Şuşada terror törədən Norayr Mirzoyanın ailəsinə 1000 dollar yardım ediləcək
“Ermənistan milli qvardiyası” təşkilatı Şuşada terror törədən Norayr Mirzoyanın ailəsinə 1000 dollar yardım edəcək. “Mübarizə liderlərini tək qoymamaq hamımızın borcudur” – təşkilat bəyan edir.
Qazet.az bildirir ki, bu, terrorun və ermənilərin Azərbaycana qarşı kamikadze hücumlarının təşviq edilməsidir.
Və məsələ təkcə bir təşkilatın yardım etməsindən ibarət deyil: QHT kimi fəaliyyət göstərən “Ermənistan milli qvardiyası”nın əslində Ermənistan Təhlükəsizlik Xidmətinə bağlı olduğuna dair məlumatlar var; terrorçu Mirzoyana yardım edən və onun timsalında terroru qəhrəmanlaşdıran əslində Ermənistan dövlətidir.