Bakı 3˚C Intermittent clouds

"Şuşa" sözündən istifadə ilə bağlı YENİ QAYDA

Biznes 17:03 13 okt, 2022
"Şuşa" sözündən istifadə ilə bağlı YENİ QAYDA

Azərbaycanda qeyri-kommersiya qurumlarının adında “Şuşa” sözündən istifadə edilərkən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı barədə sənəd olmalıdır.

Qazet.az xəbər verir ki, bununla bağlı “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda dəyişiklik edilib.

Mövcud dəyişiklik barədə qərarı ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov imzalayıb.

Qərar aidiyyəti ədliyyə orqanlarına və məhkəmələrə göndərilməsi tapşırılıb.