Bakı 19˚C Sunny

Şuşa və Ağdamda məktəblərin tikintisi üçün işlərə başlanılıb - RƏSMİ

Cəmiyyət 15:48 17 dek, 2021

Nazir qeyd edib ki, işğaldan azad olunan ərazilərdə nə qədər müəllimin çalışması məsələsi də dəqiqləşməyib

Şuşa və Ağdamda məktəblərin tikintisi üçün işlərə başlanılıb - <span style="color:red">RƏSMİ</span>

“Hazırda azad edilən ərazilərdə çalışacaq təhsil işləri üçün hər hansı güzəştlərin edilməsi ilə bağlı heç bir müzakirə yoxdur”.

Qazet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, həmin ərazilərdə hələ minatəmizləmə işləri aparılır:

“Şuşa və Ağdamda məktəblərin tikintisi üçün işlərə başlanılıb. Orada çalışacaq müəllimlərin gedişi də planlaşdırılır. Çünki bir neçə məqama diqqət yetirmək lazımdır. Sakinlər həmin ərazilərə qayıtdıqda məktəblərin həcmi və şagird sayı dəyişə bilər. Bu çox ciddi planlaşdırma tələb edən işdir. Hazırda güzəşt paketi ilə bağlı müzakirə mərhələsinə çatmamışıq”.

Nazir qeyd edib ki, işğaldan azad olunan ərazilərdə nə qədər müəllimin çalışması məsələsi də dəqiqləşməyib.