Bakı 3˚C Intermittent clouds

Şuşada 27 polisin ölümünə görə Ermənistanda cinayət işi açıldı

Gündəm 02:11 06 noy, 2021

Cinayət işi oktyabrın 22-də Ermənistan Cinayət Məcəlləsinin 367-ci maddəsinin 3-cü hissəsi (Hərbi vəziyyət, müharibə və ya döyüş şəraitində qarovul və ya qarnizon xidməti qaydalarını pozma) üzrə açılıb. 

Şuşada 27 polisin ölümünə görə Ermənistanda cinayət işi açıldı

2020-ci il oktyabrın 4-də İkinci Qarabağ müharibəsi zamanı Şuşa Mədəniyyət Evində 27 polis əməkdaşının ölümü ilə bağlı Ermənistanda cinayət işi başlanıb.

“Qazet.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan bildirib. 

Cinayət işi oktyabrın 22-də Ermənistan Cinayət Məcəlləsinin 367-ci maddəsinin 3-cü hissəsi (Hərbi vəziyyət, müharibə və ya döyüş şəraitində qarovul və ya qarnizon xidməti qaydalarını pozma) üzrə açılıb. Faktla bağlı ilkin araşdırma aparılır. Digər təfərrüatlar açıqlanmayıb.