Şuşada "Dədə Qorqud film festivalı" keçiriləcək
“Qorqud Ata” Türk Dünyası Beynəlxalq Film Festivalı 2022-ci ildə Bursada (Türkiyə - red.), 2023-cü ildə isə Azərbaycanın mədəniyyət paytaxtı, azad Qarabağın qəlbi Şuşada keçiriləcək”
“Qorqud Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalı keçriləcək.
Kult.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı bildirib.
“Mədəniyyət və turizm naziri Məhməd Nuri Ərsoy bildirib ki, “Qorqud Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalı 2022-ci ildə Bursada (Türkiyə - red.), 2023-cü ildə isə Azərbaycanın mədəniyyət paytaxtı, azad Qarabağın qəlbi Şuşada keçiriləcək”, - deyə səfir bildirib.
Qeyd edək ki, "Qorqud Ata" (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalı çərçivəsində mədəniyyət nazirlərinin iştirakı ilə birgə bəyanat imzalanıb.
Azərbaycan filmləri noyabrın 8-dən 12-dək İstanbulda keçirilən birinci “Qorqud Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalında nümayiş edilib.