Şuşada SOCAR-ın maşını aşdı - ölən var
Gündəm
12:55 01 dek, 2022
Şuşada SOCAR-a məxsus yük maşını aşıb, sürücü vəfat edib.
Qazet.az xəbər verir ki, hadisə bu gün Daşaltı kəndində baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, yanacaq daşıyan “Mercedes” markalı yük avtomobili idarəetməni itirərək aşıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Yola dağılmış yanacaq polis və FHN əməkdaşları tərəfindən yoldan təmizlənib.
Faktla bağlı araşdırma aparılır.