Şuşada tapılan erməni hərbçinin qalıqları təhvil verildi
Gündəm
01:31 19 okt, 2021
Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 686-ya çatıb.

Qarabağdakı döyüşlər zamanı ölən daha 1 erməni əsgərin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.
“Qazet.az” xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
Meyit Şuşa ərazisində aşkarlanıb. Bildirilir ki, ölən hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.
Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 686-ya çatıb.