Şuşada tapılan erməni hərbçinin qalıqları təhvil verilib
Gündəm
11:56 19 okt, 2021
Meyiti verilən hərbçinin kimliyi məhkəmə-tibbi ekspertizadan sonra məlum olacaq

Meyitin şəxsiyyəti ekspertizadan sonra məlum olacaq.
Azərbaycan 44 günlük müharibədə ölmüş daha 1 erməni hərbçinin qalıqlarını qarşı tərəfə verib.
Qazet.az-ın Ayna-ya istinadən xəbər verir ki, erməni mətbuatında yayılan məlumata görə, meyit oktyabrın 18-də Şuşada verilib.
Meyiti verilən hərbçinin kimliyi məhkəmə-tibbi ekspertizadan sonra məlum olacaq.
Qeyd edək ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində indiyədək 1686 erməni hərbçisinin meyiti və cəsədinin qalıqları tapılıb.