Bakı 7˚C Cloudy

Şuşada Vətən müharibəsinin ildönümü münasibətilə anım tədbiri keçirilib - VİDEO - FOTO- YENİLƏNİB

Gündəm 20:26 27 sen, 2021

Şuşada Vətən müharibəsinin ildönümü münasibətilə anım tədbiri keçirilib

Şuşada Vətən müharibəsinin ildönümü münasibətilə anım tədbiri keçirilib<span style="color:red"> - VİDEO - FOTO- YENİLƏNİB</span>

Vətən müharibəsinin ildönümü ilə bağlı Şuşa şəhərində anım tədbiri keçirilib.

Müdafiə Nazirliyindən Qazet.az verilən məlumata görə, Anım Günü ilə əlaqədar keçirilən tədbirdə torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin xatirəsinə yaylım atəşi açılıb, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət himni ifa olunub.


Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun keçdiyi şərəfli döyüş yolundan, Zəfərin qazanılmasında hərbçilərimizin göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.


Mərasimin sonunda Müdafiə Nazirliyinin və Daxili Qoşunların şəxsi heyəti Şuşa şəhərinin mərkəzi küçələrində təntənəli yürüş keçirib.