Bakı 7˚C Showers

Şuşada yeni məktəbin tikintisinə başlanılacaq

Gündəm 15:39 09 dek, 2021

Bunu jurnalistlərə Qarabağda tikiləcək məktəblərlə bağlı açıqlamasında Təhsil naziri Emin Əmrullayev bildirib

Şuşada yeni məktəbin tikintisinə başlanılacaq

"Şuşa 1 nömrəli məktəbin layihələndirmə prosesi başa çatıb, tikintisinə başlanmaq üzrədir".

Qazet.az xəbər verir ki, bunu jurnalistlərə Qarabağda tikiləcək məktəblərlə bağlı açıqlamasında Təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, bu prosesin 2022-ci ilin sonuna qədər başa çatacağı gözlənilir:

"Eyni zamanda, Ağdam və Cəbrayılda məktəblərin layihələndirmə prosesinə başlanılıb. Yaxın zamanlarda Füzuli şəhərində də məktəb tikintisi ilə bağlı addımların atılması gözlənilir".

Nazir deyib ki, bunlar çox ciddi və böyük prosesdir:

"Həmin bölgələrdə tikiləcək məktəb layihələri ən yaxşı layihələrdəndir. Həm Ağdam, həm də Şuşa məktəbi özünün müasirliyi, arxitektur inşaat xüsusiyyətlərinə görə ən müasir məktəblərimizdən olacaq".