Şuşadan ilk zəng həyata keçirildi
Gündəm
02:31 17 okt, 2021
Şuşa şəhəri və Bakı arasında sabit telefon rabitəsinin istifadəyə verilməsi ilə bağlı ilk zəng testi uğurla həyata keçirilib

Bu gün Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa şəhəri və Bakı arasında sabit telefon rabitəsinin istifadəyə verilməsi ilə bağlı ilk zəng testi uğurla həyata keçirildi.
Bu barədə Qazet.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
İşğaldan azad edilmiş digər şəhər, rayon və kəndlərdə yurd-yuvasına qayıdacaq vətəndaşlarımızı yüksək keyfiyyətli telekommunikasiya xidmətləri ilə təmin etmək istiqamətində işlər sürətlə davam etdiriləcək.