Şuşanın "Türk dünyasının mədəniyyət paytaxtı"na namizədliyi təqdim edilib
Maraqlı
16:23 17 sen, 2021
Şuşa Türk dünyasının mədəniyyət paytaxtı ola bilər
Mədəniyyət naziri Anar Kərimov Özbəkistanın Xivə şəhərində keçirilən TÜRKSOY-un 38-ci nazirlər iclasında Şuşanın 2023-ci ildə "Türk dünyasının mədəniyyət paytaxtı"na namizədliyini təqdim edib.
Qazet.az xəbər verir ki, bu barədə A.Kərimov özünün rəsmi tvitter səhifəsində paylaşım edib.
"Özbəkistanın Xivə şəhərində keçirilən TÜRKSOY-un 38-ci nazirlər iclasında iştirak etdim və ölkəmizin təşkilatla əməkdaşlığından, Qarabağda tarixi-mədəni abidələrin dağıdılmasından və Vətən müharibəsindən danışdım", - nazir vurğulayıb.