Süveyş kanalından keçid haqqı artırıldı
Siyasət
11:37 20 sen, 2022
Gələn il yanvarın 1-dən Misir hökuməti Süveyş kanalından keçid haqqını artıracaq.
Qazet.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, artım tankerlər üçün 15%, quru yük və sərnişin gəmiləri üçün isə 10% olacaq. Bahalaşmaya səbəb kimi yanacağın qiymətinin artması göstərilir.