Bakı 12˚C Intermittent clouds

“Swarovski” Vyana Opera balı üçün taclar hazırlayıb

Maraqlı 16:05 10 yan, 2023
“Swarovski” Vyana Opera balı üçün taclar hazırlayıb

Avstriyanın zinyət əşyaları istehsal edən “Swarovskişirkəti 2023-cü il Vyana Opera balı üçün hazırladığı tacları nümayiş etdirib.

Bu haqda Qazet.az WWD.com saytına istinadən məlumat verir. 

Yeni tacların dizaynı Avstriya imperatriçəsi Yelizaveta Bavarskayanın ulduz şəkilli qiymətli daşlarla bəzədilmiş geyimlərindən ilhamlanaraq hazırlandığı bildirilir.  Tacların ortasında ətrafı kiçik ulduzlarla əhatələnmiş böyük ulduz yerləşdirilib. Bu işdə ümumilik 435 parıldayan kristallardan istifadə edilib.

“Əl işinin dizaynının kökləri Avstriya irsinə gedib çıxır. Ulduz isə, hər zaman öz arzu və ümidlərinə inanmaq lazım olduğunu ifadə edir”- deyə yaradıcı direktor Covanna Engelbert qeyd edib.

Vyana opera balı- Avstriyanın ən qədim mədəni hadisələrindən biridir ki, hər il onun 5000 ziyarətçisi olur. Bu il bal pandemiyadan 2 il sonra, fevralın 16-da Vyana Dövlət Operasında keçiriləcək.

 

Qaynaq