Bakı 22˚C Mostly sunny

Tacikistan-Qırğızıstan sərhədində atışma baş verdi

Gündəm 03:12 17 dek, 2021

 Qarşıdurma əsnasında tacik hərbçi havaya tapançadan dörd dəfə atəş açıb.

Tacikistan-Qırğızıstan sərhədində atışma baş verdi

Tacikistan-Qırğızıstan sərhədində silahlı atışma baş verib.

Qazet.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Bildirilib ki, Qırğızıstan vətəndaşları Batken rayonunun Koço-Boyu məntəqəsində tikinti işləri apararkən əraziyə Tacikistan hərbçiləri gəlib. Onlar tikinti dayandırmağı tələb edib. Nəticədə mübahisə, ardınca isə dava baş verib. Qarşıdurma əsnasında tacik hərbçi havaya tapançadan dörd dəfə atəş açıb.