Tacikistanda KTMT-nin hərbi təlimləri başlayıb
Tacikistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Mərkəzi Asiya regionunun “Sərhəd-2022” kollektiv çevik qüvvələrin yerləşdirmə təlimləri başlayıb.
Qazet.az bu barədə KTMT-nin rəsmi saytına istinadən xəbər verir.
Hərbi qulluqçular təlimlərdə döyüş əməliyyatlarına hazırlıq və onların aparılması qaydalarını hazırlayacaqlar. Əsas diqqət KTMT üzvü olan ölkəyə nüfuz etməyə çalışan qeyri-qanuni silahlı birləşmələrlə mübarizə bacarıqlarının artırılmasına yönəldiləcək.
Təlimin əsas hissəsi oktyabrın 17-21-də Tacikistanın paytaxtı Düşənbədən 140 km cənubda yerləşən Xarbmaydon poliqonunda baş tutacaq. Təlimlərdə 1 000-ə yaxın şəxsi heyət və 300-dən çox hərbi texnika, o cümlədən təyyarələr, helikopterlər və PUA-lar iştirak edəcək. Təlimlərin iştirakçıları Mərkəzi Asiya ölkələri, eləcə də KTMT-nin birgə qərargahının əməliyyat qruplarıdır.