Tacikistanın Baş naziri Azərbaycanla Ermənistana çağırış edib
Azərbaycanla Ermənistan sərhədində məsələni diplomatik yolla həll etməyə çağırıb.
Qazet.az yerli KİV-ə istinadən xəbər verir ki, Tacikistanın Baş naziri Koxir Rasulzoda bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının növbədənkənar onlayn sessiyasındakı çıxışında bildirib.
O, tədbirdə Tacikistan Prezidenti Emomali Rahmonun tapşırığı ilə iştirak etdiyini qeyd edərək Azərbaycanla Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahat olduqlarını vurğulayıb: “İndi vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq, problemin mümkün qədər tez siyasi və diplomatik kanalla həll etmək lazımdır”.
Rasulzoda bildirib ki, regionda sülhün və sabitliyin təmin olunmasının yeganə yolu qəbul edilmiş sənədlər əsasında dialoq vasitələrindən səmərəli istifadə etməkdir.