Tacikistanla toqquşmalarda ölən Qırğızıstan vətəndaşlarının sayı artdı
Xəbərlər
08:16 19 sen, 2022
Tacikistanla sərhəddəki münaqişə zamanı həlak olan Qırğızıstan vətəndaşlarının sayı 46 nəfərə çatıb.
"Qazet.az" xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi Batken vilayətində fövqəladə vəziyyət rejimi elan edib. Fövqəladə vəziyyət Qırğızıstanın Tacikistanla sərhədyanı ərazilərində silahdan istifadə edilməklə qeydə alınan münaqişə səbəbindən tətbiq olunub.