Bakı 18˚C Sunny

Taekvondo üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək

İdman 15:10 19 dek, 2022
Taekvondo üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək

Dekabrın 20-də taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatına start veriləcək.

Azərbaycan Taekvondo Federasiyasından (ATF) Qazet.az-a verilən məlumata görə, 4 gün davam edəcək yarış yeniyetmələrin mübarizəsi ilə başlayacaq.

Onlar dayanq üzərinə dekabrın 20-21-də çıxacaqlar. Ardınca gənc taekvondoçular ölkənin ən güclülərini müəyyənləşdirəcəklər. Bu yaş kateqoriyasında döyüşlər dekabrın 22-23-nə təsadüf edəcək.

İlə böyüklər və parataekvoduçular arasında Azərbaycan çempionatı ilə yekun vurulacaq. Onlar dekabrın 24-də qüvvələrini sınayacaqlar.

Ölkədə taekvondonun təbliği və inkişaf etdirilməsi, idmançıların yarış təcrübəsinin, həmçinin ustalığının artırılması məqsədi daşıyan birincilik və çempionat Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək.

Döyüşlərə hər gün saat 09:00-da start veriləcək.